Dünya
"Rusiyanın ərzaq təhlükəsizliyində Azərbaycanın xüsusi rolu var"
Cari ilin 20 avqust tarixində Rusiya Federasiyasının Baş
nazirinin müavini Dmitriy Roqozinin dəvəti ilə Azərbaycan
Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun
başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib.
ANS PRESS-in Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə
istinadən məlumatına görə, səfər çərçivəsində geniş tərkibdə görüş
keçirilib.
Görüşdə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye
naziri Şahin Mustafayev, Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı naziri Heydər Əsədov və Azərbaycan Respublikasının
Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad
Bülbüloğlu iştirak ediblər. Rusiya tərəfindən isə Rusiya
Federasiyasının Kənd Təsərrüfatı nazirinin birinci müavini İqor
Manılov, Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini
Nikolay Podquzov, Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi
və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri
Anna Popova, Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin
rəhbərinin müavini Aleksey Saurin, Rusiya Xarici İşlər nazirliyinin
Dördüncü MDB ölkələri departamentinin rəisi Aleksey Pavlovskiy və
digər rəsmi şəxslər iştirak ediblər.
Görüş zamanı Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitriy
Roqozin Azərbaycan nümayəndə heyətini salamlayıb və onun dəvətini
qəbul edərək Moskva şəhərinə səfər etdiklərinə görə minnətdarlığını
bildirib. O, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu
qeyd edərək, görüşün cari ilin avqust ayının əvvəlində Azərbaycan
və Rusiya Prezidentlərinin Soçi şəhərində keçirilmiş görüşündə əldə
olunan razılığın davamı olaraq keçirildiyini diqqətə çatdırıb.
Dmitriy Roqozin Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında
Azərbaycanın xüsusi rolunu vurğulayıb.
Azərbaycan Respublikasının Baş nazirin birinci müavini Yaqub
Eyyubov dəvətə görə qarşı tərəfə təşəkkürünü bildirib və sözügedən
səfərin iki ölkə Prezidentlərinin tapşırığına əsasən baş tutduğunu
qeyd edib. Yaqub Eyyubov səfərin ikitərəfli münasibətlərin
inkişafına təkan verəcəyinə əminliyini vurğulayıb.
Dmitriy Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının
növbəti iclasının cari ilin sentyabr ayının ortalarında Bakıda
keçirilməsini təklif edib.
Eyni zamanda görüşdə Rusiya Federasiyasının Kənd Təsərrüfatı
nazirinin birinci müavini İqor Manılov və bu ölkənin İqtisadi
İnkişaf nazirinin müavini Nikolay Podquzov çıxış ediblər.
Azərbaycanın Rusiya ilə uzunmüddətli və daimi əsasda əməkdaşlıqda
maraqlı olduğunu deyən İqtisadiyyat və Sənaye naziri Şahin
Mustafayev, ölkəmizin Rusiyanın regionları ilə əməkdaşlığını qeyd
edib. Eyni zamanda o, Azərbaycanın bütün standartlara cavab verən
müasir logistik mərkəzlərin yaradılmasında müsbət təcrübəsinin
olduğunu söyləyib. Şahin Mustafayev cari ilin altı ayında
Azərbaycandan Rusiyaya gətirilən kənd təsərrüfatı məhsullarının
həcminin iki dəfə artdığını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi