DXR: ATƏT-in təyyarələrini vuracağıq (VİDEO)
Bizi izləyin

Dünya

DXR: ATƏT-in təyyarələrini vuracağıq (VİDEO)

Qondarma Donetsk Xalq Respublikasının (DXR) müdafiə naziri Vladimir Kononov hərbi birləşmələrinin ATƏT-ə aid pilotsuz təyyarələri vuracaqları barədə xəbərdarlıq ediblər.

ANS PRESS-in məlumatına görə, pilotsuzlar silahlanmamış uçan aparatlardır ki, Ukraynanın ATƏT nümayəndəsinin xüsusi müşahidə missiyasının sərəncamına keçəcək. Onlar məxsusi insidentlər barədə faktların toplanması və missiyanın hadisələrin gedişatına müşahidə köməyində olmaq üçün nəzərdə tutulub.

Buna baxmayaraq Kononov bildirib ki, DXR hər hansı bir Beynəlxalq təşkilatla danışıqlar aparmağa hazırdır. Lakin bu danışıqlar “hadisələrin real təsvirinin müəyyənləşdirilməsi və Ukrayna tərəfinin təcavüzü nəticəsində humanitar faciənin baş verdiyini nəzərə alaraq, yeni mənasız itki və dağıntının qarşısının alınmasına xidmət etdiyi təqdirdə mümkündür”- deyə Kononov şərt qoyub.

“Yuxarıda deyilənləri nəzərə alaraq Donetsk Xalq Respublikasının Müdafiə Nazirliyi belə pilotsuz uçan aparatların məhvi haqqını özündə saxlayır”- deyə Kononov bildirib.

Qeyd edək ki, son günlər Ukrayna ordusunun irəliləməsi ilə müşaiyyət olunan silahlı qarşıdurmalar genişlənib. Hazırda Ukrayna ordusu Donetsk şəhərini mühasirədə saxlayır. Lakin əks tərəf mövqeləri saxlamaqda israrlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm