Dünya
İŞİD-in qadın terrorçusundan qan donduran mesaj
Hər kəs İraq Şam İslam Dövlətinin (İŞİD) amerikalı jurnalisti edam etdiyi görüntülərindən danışarkən, bir qan donduran mesaj da qadın terrorçudan gəlib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Khadijah Dara olduğu öyrənilən İŞİD yaraqlısı və İngiltərə vətəndaşı qadının, Twitter hesabından yaydığı mesaj görənləri şoka salıb.
Dara İŞİD-in ilk ingilis qadın edamçısı olmaq istədiyini açıqlayıb. Darya, Muhajirah fi Sham adını istifadə etdiyi Twitter hesabında “Jurnalistin edam videonun linkini verə biləcək varmı xahiş edirəm? Allahu əkbər. İngiltərə bu anda titrəməlidir. Mən də ingilis, ya da amerikalı bir terrorçunu öldürən ilk ingilis qadın olmaq istəyirəm”, - yazıb.
Terror təşkilatı İŞİD yaraqlısı olan qadının Twitter hesabında profil rəsmi olaraq istifadə etdiyi fotoşəkildə doğma oğlu da var. Ancaq kiçik uşağın əlində AK47 model bir silah da var. Khadijah Dara 2012-ci ildən bəri Suriyanın Rakka şəhərində İsveç vətəndaşı olan əri Əbu Bəkr ilə birlikdə yaşayır. /Modern.az/
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi