Nazarbayevin taleyi ilə bağlı müəmmalar: Qızı iclasa gəlmədi, Putin də...
Bizi izləyin

Dünya

Nazarbayevin taleyi ilə bağlı müəmmalar: Qızı iclasa gəlmədi, Putin də...

Qazaxıstanın birinci prezidenti, elbaşı Nursultan Nazarbayevin taleyi hələ də müəmmalı olaraq qalır.

Publika.az xəbər verir ki, son hadisələrdən sonra Təhlükəsizlik Şurasının rəhbəri postundan uzaqlaşdırılan Nazarbayevin ölkəni tərk etdiyi haqda iddialar yayılmışdı.

Onun sözçüsü Aidos Ukibay isə bunu təkzib etdi və elbaşının Nur Sultanda olduğunu bildirdi. Hətta sözçüsü vasitəsilə Nazarbayevin Prezident Tokayevi dəstəklədiyi də qeyd olundu.

Lakin hələ də şübhələr davam edir. İki məqam bu şübhələri daha da artırdı.

Birincisi, Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasıdır. Peskov “Putinin Nazarbayevlə təmas qurduğu, yaxud onun taleyi ilə bağlı məlumatının olub-olmadığına” dair suala cavabında “heç bir şey bilmədiyini” açıqladı.

İkincisi, Nazarbayevin böyük qızı, deputat Dariqa Nazarbayevanın bu gün parlamentin iclasına qatılmamasıdır. Nazarbayevin köməkçisi Janna Yermekova bildirib ki, buna səbəb Dariqanın koronavirusa yoluxmasıdır.

Təbii ki, nə Peskovun, nə də Yermekovanın açıqlamaları yaranan suallara cavab deyil və şübhələri daha da artırır. Nazarbayev və ailəsinin təcrid olunduğu ehtimalı daha böyükdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm