Dünya
"Müharibədən yayınmalıyıq" (FOTO)
"Ukraynada separtaçılarla döyüşlər, Rusiyanın təcavüz
təhlükəsi bir çox tarixçilərin yadına 1914-cü ili
salır".
Publika.az-ın məlumatına görə, bu haqda New York Times qəzetində
dərc edilən “Sanksiyalar nə vaxt müharibəyə aparır?” adlı yazıda
deyilir.
Məqalənin müəllifi 2003-2005-ci illərdə Dövlət Deprtamentində
müşavir olan, indi isə Milli Maraq naminə Mərkəzin rəhbəri Paul
Saunders yazır ki, 2-ci dünya müharibəsi ərəfəsində ABŞ Yaponiyanın
Cənub-Şərqi Asiyaya təcavüzünün qarşısını almaq istəyirdi. Dövlət
Deprtamenti əmin idi ki, Yaponiya ABŞ-la kəllə-kəlləyə gəlmək
istəməyəcək. Ona görə ABŞ Yaponiyaya “kökə” yox, yalnız “dəyənək”
təklif edirdi.
Dəyənək isə zəif idi. Çünki bu gün Obama olduğu kimi o vaxt da ABŞ
prezidenti Ruzvelt heç vaxt aydın şəkildə güclə hədələməyib.
Yaponiya ABŞ-ın mövqeyini belə başa düşürdü ki, ABŞ Yaponiyanın
super dövlət rolundan imtina etməsini tələb edir. Yaponiya bununla
barışmaqdansa, müharibəyə getməyi seçdi.
Saunders hesab edir ki, bu gün ABŞ-Rusiya qarşıdurması o vaxtki
ABŞ-Yaponiya qarşıdurmasına oxşayır.
Müharibəyə gedib çıxmasın deyə, Saundersin fikrincə, Vaşinqton söz
verməlidir ki, Rusiyanın Ukraynaya təcavüzünə imkan verməyəcək, o
biri tərəfdən, ABŞ Ukrayna ətrafında geniş və dərin dialoqa hazır
olduğunu göstərməlidir. Gələn həftə Putinlə görüşən Poroşenkonu ABŞ
sülhə sövq etməlidir. Ukrayna ordusu müəyyən uğurlar qazanıb, ona
görə də indi daha yaxşı şərtlərlə sülh bağlaya bilər.
Amerikada bəziləri deyəcək ki, danışıqlara getmək Putinin
təcavüzünü mükafatlandırmaqdır. Ancaq Putinin siyasəti onsuz da
Rusiyaya böyük ziyanı vurub.
Saunders sonda yenə təkrar edir ki, indi əsas olan müharibədən
yayınmaqdır.
Paul Saunders
Azadlıq Radiosu
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO