Dünya
Ərəb şahzadəsi Yunanıstana tamah salıb
“Forbes”in milyarderlər siyahısında 21 milyard dollarlıq
sərvətilə 32-ci sırada yer alan Səudiyyə şahzadəsi Əl Vəlid bin
Talal mülkiyyətini genişləndirməkdən doymur.
ANS PRESS-in məlumatına görə, Yunanıstanın Girit adasına axırıncı
ziyarətindən sonra oradakı adalardan birini çox bəyənən şahzadə
Talal oranı almaq qərarına gəlib. O, bu barədə istəyini
Yunanıstanın turizm naziri Olqa Kefaloqianniyə çatdırıb.
Talalın almaq istədiyi Dia adası Misirin Heraklion şəhərindən
təxminən 6 dəniz mili (təqxminən 11 km) şimalda yerləşir. 5
kilometr uzunluqda, 3 kilometr genişlikdə olan adada bir liman və
sadəcə çimərlik var.
Maksimum 220 metr yüksəkliyə sahib olan ada, orta əsr və antik dövr
dənizçiliyində əhəmiyyətli rol oynayıb.
Qeyd edək ki, dünyanın ən varlı biznesmenlərindən biri olan
Səudiyyə Ərəbistanı şahzadəsi Əl Vəlid bin Talal ötən il “Forbes”
jurnalını onun sərvətini az göstərdiyi və 10-luğa salmadığı üçün
məhkəməyə vermişdi.
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO