Dünya
Müsəlmanlara qarşı qətliam davam edir
Tarixin ən vəhşi qətliamlarından birinin yaşandığı Mərkəzi
Afrika Respublikasında insanlıq böhranı davam edir.
ANS PRESS-in məlumatına görə, Hücumların sıx olaraq yaşandığı
paytaxt Banguidəki PK5 bölgəsində patrul gəzən Fransız əsgərlərinin
hücumu və vertolyotdan açılan atəş nəticəsində 9 adam həyatını
itirərkən 29 adam da yaralanıb.
Yaralı 27 nəfərdən 12-si “Yer üzü Həkimləri” PK5 səhiyyə
klinikasında həkimlər tərəfindən müalicə alarkən vəziyyəti ağır
olan digər yaralılar Mərkəzi Xəstəxanaya keçirilib. Hadisələrdən
sonra PK5-dəki xalq etiraz nümayişləri reallaşdırılıb.
Müsəlmanlara qarşı qətliamın sürdüyü ölkədə 700 min adam ölkə
içində yer dəyişdirmək məcburiyyətində qalarkən, 400 min adam isə
Kamerun, Çad, Konqo Demokratik Respublikası və Konqoya sığınıblar.
Müsəlmanlar aclıq və səfalətlə bərabər səhiyyə problemləriylə də
mübarizə edir.
Bu arada “Yer üzü Həkimləri” Mərkəzi Afrika Respublikasında köçkün
düşmüş vətəndaşlara tibbi yardım aparmaq üçün "Kömək istəmək üçün
uzanmış bir əli də siz tutun" adında kampaniyaya start verib.
Layihə çərçivəsində mərkəz məscidinə yaxın sahədə klinika açan “Yer
üzü Həkimləri” Kamerun və Çaddaki qaçqın düşərgələrinə dərman və
könüllü həkim qrupu göndərir.
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO