Dünya
Rusiyanın S-400 kompleksləri döyüş növbəsinə keçdi
Rusiyanın S-400 zenit sistemləri Birlik Dövlətinin reaksiya qüvvələrinin təftişi zamanı Brest qalasındakı poliqonda döyüş növbətçiliyinə başlayı.
Publika.az">Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
“Şərq Hərbi Dairəsinin (VVO) S-400 zenit-raket kompleksinin döyüş ekipajları təlim poliqonunda Belarus Respublikası və Rusiya Federasiyasının Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin tərkibində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyinə keçiblər, - məlumatda deyilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyət hərbi texnikanın mövqelərə yerləşdirilməsini hazırlayıb və müəyyən edilmiş məsuliyyət zonasında hava məkanına nəzarət üzrə tapşırıqların icrasına başlayıb. Bundan əvvəl Hava Hücumundan Müdafiə Qoşunlarının hava hücumundan müdafiə bölmələrinin şəxsi heyəti Xabarovsk diyarındakı dislokasiya məntəqəsindən 9000 km-dən çox uzunluqda birləşmiş şəkildə yürüş keçirib.
Rusiya zenit-raket diviziyasının ekipajları həmçinin mühəndislik avadanlığı, buraxılış mövqelərinin kamuflyajı, komanda məntəqələri və texnikaya texniki qulluq göstərib.
-
Sosial11:22Reyddə 850 minlik maşınla saxlanılan sürücü kimin oğludur? - VİDEO
-
Nida Xəbər 10:47Azərbaycan XİN Omanı və Latviyanı təbrik etdi
-
Nida Xəbər 10:20Ziya Məmmədovun kadrına yüksək vəzifə verildi - FOTO
-
MDB09:18Bu türk dövlətindən acı xəbər gəldi: 9-u uşaq olmaqla 12 nəfər həlak olub
-
MDB09:12Rusiyada qaz kəmərində güclü partlayış: Təfərrüat açıqlandı
-
Magazin108:10Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
-
Sosial07:55Horovlu kəndinə növbəti köç karvanı yola salındı
-
Ekologiya07:15Böyükşor gölü ətrafında havada nə problem var? - Nazirlik vəziyyəti araşdıracaq

































