Dünya
Ottavada nəqliyyatın hərəkəti İFLİC OLDU
Ottava beynəlxalq aeroportunun yaxınlığında nümayiş səbəbindən avtomobil nəqliyyatının hərəkətində problem yaranıb. Bu, Kanada paytaxtında koronovirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirən yük maşınlarının sürücüləri ilə həmrəylik nümayişidir.
Publika.az CTV telekanalına istinadla xəbər verir ki, təxminən 60-70 avtomobil sərnişinlərin gəldiyi və getdiyi aeroport binasının qarşısındakı yolda asta sürətlə dövrə vurur. Bununla əlaqədar terminala giriş-çıxış əlavə vaxt aparır.
Hava limanının müdiriyyəti bildirib ki, aksiya hələlik aeroportun işinə bir o qədər də təsir göstərmir. Belə ki, pandemiyaya görə sərnişin axını minimum səviyyədədir.
Yanvarın 29-dan başlayaraq Kanadanın bir sıra şəhərlərində, o cümlədən paytaxtda yük avtomobilləri sürücülərinin təşəbbüsü ilə koronavirus məhdudiyyətləri əleyhinə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Baş nazir Castin Trüdo təhlükəsizlik nöqteyi-nəzərindən paytaxtdakı iqamətgahını tərk edib. Fevralın 7-də isə etirazlar səbəbindən Ottavada fövqəladə vəziyyət rejimi elan olunub.
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya4 Oktyabr 21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya4 Oktyabr 19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü