Dünya
Pekindən Vaşinqtona hədə: “Bu, ölüm uğrunda savaşdır”
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boinq P-8 təyyarəsinin Xaynan adası yaxınlığında dövrə vurması Vaşinqton-Pekin gərginliyini artırıb.
Axar.az xəbər verir ki, Çinin ingilisdilli “Qlobal Tayms” (“Global Times”) nəşri ABŞ təyyarəsinin əvvəlki kimi Çin sərhədinin yaxınlığında yerləşəcəyi və ÇXR-in maraqlarını tapdayacağı təqdirdə, iki ölkə arasındakı konflikt partlayışa çevrilə biləcəyini vurğulayıb. “Əgər maraqların kəsişdiyi Cənubi Çin dənizində münaqişə alovlanarsa, Çin və ABŞ arasında müharibə artıq həyat yox, ölüm uğrunda olacaq”, - “Qlobal Tayms” yazıb.
Nəşrin iddiasına görə, ABŞ hərbi təyyarəsinin irimiqyaslı kəşfiyyatı Çin-ABŞ hərbi münasibətlərinə zərbə vuran 3 amildən biridir. “Bu kəşfiyyat Çinin milli maraqlarına təhdiddir”, - yazan nəşr Boinq P-8-in Xaynan yaxınlığında mövcudluğuna “düşmənçilik aktı kimi baxmaq” lazım gəldiyini bildirib.
Xatırladaq ki, avqustun 23-də ABŞ Boinq P-8-in ÇXR sərhədinə yaxınlaşması səbəbindən qaldırılan Çin qırıcılarına qarşı öz qırıcılarını göndərmişdi. Çinin Müdafiə naziri Yan Yuytszyun bəyan etmişdi ki, ABŞ təyyarəsi Xaynanın 22 kilometrliyindən uçub. Bu səbəbdən Çin qırıcıları Bainq 8-ə doğru havaya qaldırılıb.
Qeyd edək ki, Cənubi Çin dənizində mübahisəli ərazilər var. Çin dənizin əsas neft və qaz, həmçinin balıq ehtiyatları olan 90 faizinə iddialıdır.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi