Müraciətimiz boş vərəqdə qalacaq - Burcanadze
Bizi izləyin

Dünya

Müraciətimiz boş vərəqdə qalacaq - Burcanadze

"Nə qədər ki, bu hökumət var, biz nə 2024-cü ildə, nə 2028-də, nə də 2032-ci ildə Avropa Birliyinə daxil olmağa hazır olacağıq".

Publika.az xəbər verir ki, bu sözləri "Vahid Gürcüstan" partiyasının rəhbəri Nino Burcanadze Gürcüstan hökumətinin Avropa Birliyinə ünvanladığı müraciəti şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkədə qeyri-rəsmi idarəçi varsa, müraciət boş vərəqdə qalacaq:

"Bir qeyri-rəsmi oliqarx lideri olan ölkənin Avropa dövlətinə çevrilməsi, Avropa Birliyinə üzv olması ağlasığmazdır. Oxşar presedent dünyanın heç bir yerində tapıla bilməz. Biz unikal bir istisnayıq, çünki totalitar, qeyri-demokratik ölkələrdə belə idarəetmə forması var. Əgər Gürcüstanın real Avropa gələcəyi deyilən məsələyə toxunmasaq, bu kağız kağız parçası olaraq qalacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm