Dünya
Jurnalistin başını kəsən reperin atası Bin Ladenin silahdaşı çıxdı
Londonlu reper İraqda edam edilmiş amerikalı jurnalistin ölümündə əsas şübhəli şəxslərdən sayılır.
Britaniya mətbuatı onun adını açıqlayır – Əbdül Məcid Əbdül Bari. Onu Foulinin edam videosundakı London ləhcəsi ələ verdi. Ekspertlər hesab edir ki, jurnalistin başını o, kəsməyə də bilər. Çünki videorolikdə edam səhnəsi yoxdur. Buna baxmayaraq, Skotland Yard artıq reperin ovuna çıxıb.
Hip hop stilində edam
Yaxın vaxtlaradak Əbdül Barini Britaniya hip hopunun parlamaqda olan ulduzu hesab edirdilər. Gələcək cihadçının mahnıları daim “Bi-Bi-Si” radiosunda səslənirdi. Bəs onu Londonda bir milyon dollarlıq imarətini tərk edərək Suriyaya yollanmağa kim vadar etdi? Reperi tanıyanlar hesab edir ki, istedadlı repçinin “beynini yuyub” cihadçıya döndəriblər. Qohumları deyir ki, Bari – Britaniyanın müsəlman icmasının lideri Ancema Çoudri ilə tanışlıqdan sonra radikallara qoşulub.
Amma bu fərziyyədən daha inandırıcı olan ehtimal var. Bu, repçinin atası ilə bağlıdır.
Bin Ladenin silahdaşı
Repçinin atası – Ədil Abdül Bari öldürülənədək dünyanın 1 nömrəli terrorçusu sayılan Üsamə Bin Ladenin yaxın silahdaşı olub. O, 1993-cü ildə Misirdən qaçaraq Britaniyada siyasi mühacir kimi məskunlaşıb. 1995-ci ildə Misir hökuməti terror aktlarında şübhəli bilinən Ədil Barini qiyabi edama məhkum etmişdi. O, Qahirənin mərkəzində partlayışlar törətməkdə suçlu bilinirdi.
1996-cı ildə “Əl-Qaidə”nin hazırki lideri Əl Zəvahiri onu Britaniyadakı “Misir İslam cihadı” qruplaşmasının komandiri təyin edir. Üsamə Bin Laden “Misir islam cihadı”nın ofisindən daim informasiya və təbliğat mərkəzi kimi istifadə edir.
Sonradan Britaniya xüsusi xidmət orqanları Ədil Barini həbs edərək ABŞ-a ekstradisiya edirlər. Repçinin atası Keniyada və Tanzaniyada 1998-ci ildə ABŞ səfirliklərinin partladılmasında şübhəli bilinir. Məhkəmə onun günahını sübuta yetirərsə, o, ömürlük həbs cəzası alacaq. Xatırladaq ki, bu partlayışlarda 224 insan həlak olmuşdu.
İlqar Atabəyli
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?