Dünya
Ukraynanın müdafiə naziri Belarus xalqına müraciət etdi
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Belarus xalqına müraciət edib.
Publika.az xəbər verir ki, müraciət Ukrayna müdafiə nazirinin feysbuk səhifəsində yayımlanıb.
Ukraynalı nazir bildirib ki, təsdiqlənmiş məlumatlara əsasən Rusiya silahlı qüvvələrinin komandanlığı bəzi təxribatlar hazırlayır. Rusiya aviasiyası Belarus Respublikası ərazisində Ukrayna-Belarus sərhədi yaxınlığında yerləşən bir neçə yaşayış məntəqəsinə zərbə endirməyə hazırlaşır. Onlar xüsusilə Kopanı qəsəbəsini (Brest vilayətinin Stolın rayonu) vurmağı planlaşdırırlar. Rusiya Belarusa Ukrayna hava məkanından zərbə endirmək niyyətindədir. Məqsəd Belarusun hazırkı rəhbərliyini Ukraynaya qarşı müharibəyə məcbur etməkdir.
"Mən zəmanət verirəm ki, Ukrayna ordusu Belarusa qarşı heç bir təcavüzkar hərəkət planlaşdırmayıb, planlaşdırmır və planlaşdırmayacaq. 15 günlük müharibədə Ukrayna silahlı qüvvələri 12 mindən çox rus əsgərini öldürüb. Ölkənizin bu müharibəyə sürüklənməsinə imkan verməyin! Yaxınlarınızın həyatını xilas edin! Kremlin Belarusun gələcəyini məhv etməsinə imkan verməyin", - deyə nazir müraciətində vurğulayıb.
Ukraynanın Strateji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Mərkəzi isə bildirib ki, bu addım artıq Moskva və Minsk arasında razılaşdırılıb: "Ilkin məlumata görə, Belarus ordusu 11 mart 21:00-dan etibarən Ukraynaya qarşı müharibəyə qoşulacaq", - deyə Mərkəzin məlumatında bildirilib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Belarus-Ukrayna sərhəddində iki hərbi təyyarənin Ukrayna hava məkanından Belarus ərazisinə hava zərbələri endirməsi ilə bağlı görüntü yayıb.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
















.jpg)



















