Qarabağdakı qüvvələr Ukraynaya göndərilir - Kiyev
Bizi izləyin

Dünya

Qarabağdakı qüvvələr Ukraynaya göndərilir - Kiyev

Rusiya Qarabağdakı sülhməramlı kontingentini Ukraynaya göndərir.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“İtkilərini təcili olaraq bərpa etmək üçün Rusiya Silahlı Qüvvələri sülhməramlı kontingentin bir hissəsini Qarabağdan Ukraynaya köçürür. Həmçinin, məlumata görə, başqa ölkələrdən (Suriya, Serbiya) çoxlu sayda muzdlu döyüşçülər də Ukraynaya gətirilir.

Bundan başqa, martın 9-10-da Cənub Hərb Dairəsinin Gümrüdəki 102-ci hərbi bazasının 800 hərbçisi döyüş bölgəsinə göndərilmək üçün Rusiya aparılıb. Sakit okean Donanmasının 40-cı Əlahiddə Dəniz Briqadasının (Petropavlovsk-Kamçatski) 1500-ə yaxın hərbçisi isə qatarla Belarusa aparılır. 820-ci əsas raket hücumu xəbərdarlığı mərkəzi (Solneçnoqorsk) Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün kadrlar seçir”, - məlumatda qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm