Həftə ərzində COVID-19-a yoluxma halları 8 faiz artdı - ÜST
Bizi izləyin

Dünya

Həftə ərzində COVID-19-a yoluxma halları 8 faiz artdı - ÜST

Dünyada son bir həftə ərzində 11 milyondan çox insan koronavirusa yoluxub, 43 mindən çox insan ölüb. Aşkar edilən yoluxma hallarının sayı əvvəlki 7 günlə müqayisədə 8 faiz artıb, ölənlərin sayı isə 17 faiz azalıb.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Bildirilib ki, yanvarın sonundan bəri müşahidə olunan əhəmiyyətli bir azalmadan sonra yeni yoluxma hallarının sayı martın 7-dən 13-ə qədər olan həftədə 8 faiz artıb.

Qeyd olunub ki, son yeddi gündə əvvəlki həftə ilə müqayisədə 17 faiz az ölüm qeydə alınıb. ÜST-ə 11 407 714 nəfərin yoluxması barədə daxil olub, 43 097 ölüm halı qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm