Putin TŞ-nin iclasını çağırdı: Bu məsələlər MÜZAKİRƏ EDİLDİ - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Putin TŞ-nin iclasını çağırdı: Bu məsələlər MÜZAKİRƏ EDİLDİ - YENİLƏNDİ

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın gedişatını müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Görüşdə mövcud beynəlxalq vəziyyət müzakirə edilib, Rusiya Silahlı Qüvvələrinin Ukraynada davam edən xüsusi əməliyyatı ilə bağlı fikir mübadiləsi davam etdirilib”, - deyə o bildirib.

“Prezident çoxsaylı beynəlxalq telefon əlaqələri barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb”, - Peskov əlavə edib.

İclasda Rusiya Baş naziri Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Daxili İşlər naziri Vladimir Kolokoltsev, Xarici İşlər nazirləri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, həmçinin Prezidentin Ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

xxx

Rusiya Prezidenti Vladimir Putin bu gün ölkə Təhlükəsizlik Şurasının operativ iclasını keçirəcək.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Şuranın daimi üzvlərinin iştirak edəcəyi iclasda müzakirə olunacaq məsələlər barədə daha sonra məlumat veriləcək.

Eyni zamanda D.Peskov bu gün Rusiya Prezidentinin fransalı həmkarı Emmanuel Makronla növbəti telefon danışığıını keçiriləcəyini bildirib.

V.Putin, bu gün həmçinin Almaniya kansleri Olaf Şoltsla telefon danışığı keçirib. Danışıqlar zamanı tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm