Dünya
Kliçkonun 10 min avroluq velosipeddə əylənməsi kiyevliləri qəzəbləndirir –FOTOLAR
Ölkənin şərqində müharibə aparan Ukraynada, o cümlədən paytaxt Kiyevdə ağır qış mövsümünə hazırlıq gedir.
Qışın ağır keçəcəyi hamıya əvvəlcədən bəllidir. Çünki Rusiya qaz borclarını ödəməyən, Avropaya inteqrasiya yolunu seçən Ukraynanı soyuq aylarda özünəməxsus şəkildə cəzalandıracaq.
Bu səbəbdən, artıq Kiyevdə əhaliyə xəbərdarlıq vərəqələri paylanılır. Vərəqələrdə soyuq aylarda enerjiyə qənaət etmək haqqında təlimatlar var.
Amma Kiyevin yeni meri, boks üzrə dünya çempionu Vitali Kliçkonu belə problemlər narahat etmir. O, dəbdəbəli həyat tərzi keçirir. Bu günlərdə mer özünə Almaniyadan 10 min avro qiymətinə “Corratec” velosipedi sifariş edib. İndi şəhərlilər meri 10 min avroluq velosipedlə görürlər. Kliçko hətta arada Kiyev Radasının iclasına da sevimli velosipedi ilə gələcəyini deyib.
İctimaiyyət nümayəndələri isə artıq Kliçkonu tənqid etməyə başlayaraq, onu özünü London meri Boris Consona oxşatmaqda günahlandırıblar. London meri də velosiped dəlisidir. Amma Kliçkodan fərqli olaraq, Consonun velosipedi cəmi 600 avroyadır.
İlqar
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO