Dünya
Ukraynadakı müharibənin taleyi necə olacaq? - Lavrov AÇIQLADI
"Ukraynadakı hazırkı vəziyyət müqavilə ilə başa çatacaq, lakin onun parametrlərini hərbi əməliyyatlardakı mövcud vəziyyət müəyyənləşdirəcək".
Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov "Birinci Kanalda" yayımlanan "Böyük oyun" proqramına müsahibəsində deyib.
"Silahlı qüvvələrin tətbiq edildiyi hər bir vəziyyətdə olduğu kimi, əlbəttə ki, hər şey müqavilə ilə başa çatacaq, lakin müqavilənin parametrləri bu müqavilənin reallığa çevrildiyi hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcəkdir", - nazir bildirib.
Lavrov qeyd edib ki, Rusiya mülki əhaliyə dəyən hər hansı ziyanı minimuma endirmək üçün ən sərt tədbirləri həyata keçirərkən, xüsusi hərbi əməliyyatın başlanğıcında qeyd etdiyi tələblərdən əlbətdə geri çəkilməyə hazır deyil.
"Rusiya prezidenti Vladimir Putinin bu xüsusi əməliyyatı elan edərkən verdiyi bəyanatda lap əvvəldən vurğuladığımız kimi, biz təbii ki, ilk növbədə Ukrayna xalqının bundan sonra necə yaşayacağına özü qərar verməsini istəyirik", - XİN rəhbəri əlavə edib.
-
Magazin120:10
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Rəsmi xronika16:17
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - YENİLƏNDİ / FOTO
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu