Dünya
“İŞİD İngiltərə üçün bir təhdiddir”
“İŞİD-in Suriya və İraqın ürəyində bir xəlifəlik yaratmaq ehtirası İngiltərə üçün bir təhdiddir”.
Publika.az-ın xarici mediaya istinadən
verdiyi məlumata görə, bu sözləri İŞİD terror təşkilatının İraq və
Suriyada hərəkətlərini dəyərləndirən İngiltərə baş naziri Devid
Kameron deyib.
İngiltərənin daha əvvəldən də terror təhdidi ilə qarşı-qarşıya qaldığını xatırladan D.Kameron Suriya və İraqa İngiltərədən ən azı, 500 nəfərin getdiyini bildirib. O, terrorla mübarizə mövzusunda qarşıdan gələn bazar ertəsi ətraflı şəkildə çıxış edəcəyini ifadə edib.
Xatırladaq ki, İngiltərə baş naziri bir müddət əvvəl amerikalı jurnalist Ceyms Foleyin İŞİD tərəfindən öldürüldüyü ilə bağlı videonun yayılmasından sonra tətilinin yarımçıq qoymalı olmuşdu. Belə ki, Foleyi öldürən şəxsin İngiltərə vətəndaşı olduğu bildirilir.
Ömər Dağlı
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”