İspaniyadan Ukraynaya TƏKLİF: "Avroviziya-2023"ə ev sahibliyi etməyə hazırıq!
Bizi izləyin

Dünya

İspaniyadan Ukraynaya TƏKLİF: "Avroviziya-2023"ə ev sahibliyi etməyə hazırıq!

İspaniya 2023-cü ildə Ukraynada keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “RTVE” dövlət teleradio şirkətinin kommunikasiyalar üzrə direktoru Mariya Eisaqirre məlumat yayıb.

“RTVE” müsabiqənin teşkilində Ukraynaya hər cür dəstək olmağı təklif edir və əgər ehtiyac olarsa, biz növbəti “Avroviziya”ya ev sahibliyi etməyə hazırıq”, - deyə o, bildirib.

Qeyd edək ki, 25 ölkənin qatıldığı İtaliyanın Turin şəhərində keçirilən 66-cı Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Ukraynanın “Kalush Orchestra” qrupu “Stefaniya” mahnısı ilə 631 xalla qalib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm