Dünya
Ukrayna ordusu ciddi itki verdi: 100 ölü - Fotolar
Ukrayna ordusu Donbas vilayətinin İlovaysk şəhəri yaxınlığında ciddi itkilərə məruz qalıb.
Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ukraynalı hərbçilər terrorçuların təklif etdiyi humanitar dəhlizdə tələyə düşüblər və qarşı tərəfin ciddi təzyiqləri ilə üzləşiblər.
Anti-terror əməliyyatlarında iştirak edən "Krım" batalyonunun
mətbuat xidmətindən verilən məlumatda deyilib ki, gülləbaran
nəticəsində 100-ə yaxın Ukrayna hərbçisi öldürülüb, onlarla şəxs
isə əsir düşüb:
"Bu da Rusiyanın təklif etdiyi "yaşıl dəhliz..." Əminik ki, bizi
satıblar. Ortada yüzlərlə ölü və əsir düşənlər var. Hər hansı
koridordan söhbət belə gedə bilməz. Üzərimizə güllə yağdırdılar.
Təsadüf nəticəsində bəzilərimiz sağ qaldıq. Evə dönürük".
Xatırladaq ki, ukraynalı hərbçilərə humanitar dəhlizin verilməsi məsələsinə Rusiya Prezidenti Vladimir Putin də toxunmuşdu və əlavə etmişdi ki, Ukrayna ordusu separatçılara müqavimət göstərmədən hadisə yerindən uzaqlaşmalıdır. Əks halda ciddi itkilər olacaq. Görünür, Kreml ikinci varianta üstünlük verib.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı