Lavrov MESAJ VERDİ: Ermənistanda ABŞ-ın bioloji laboratoriyaları var
Bizi izləyin

Dünya

Lavrov MESAJ VERDİ: Ermənistanda ABŞ-ın bioloji laboratoriyaları var

"ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində yerləşir, Moskva bu problemi qonşuları ilə həm ikitərəfli əsasda, həm də KTMT vasitəsilə müzakirə edir".

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov "RT Arabic " telekanalına müsahibəsində deyib .

"Praktiki olaraq bütün KTMT ölkələri və digər MDB ölkələrininhər biri ilə bioloji proqramların necə inkişaf etdiyinə dair qarşılıqlı məlumatları özündə əks etdirən bioloji təhlükəsizlik üzrə əməkdaşlıq memorandumları bağlayırıq. Ya artıq bağlamışıq, ya da təyinat üçün hazırlanır”, - Lavrov bildirib.

"Şəffaflıq bu proqramların hərbi ölçüyə malik olmaması üçün vacibdir, çünki bu, Bioloji və toksinli silahların qadağan edilməsi haqqında Konvensiya ilə qadağandır. Bu memorandumlar qarşılıqlı səfərləri və laboratoriyaların fəaliyyəti ilə tanışlığı nəzərdə tutur. Bundan əlavə, yazılıb ki, bioloji laboratoriyaların heç birində üçüncü tərəfin hərbi nümayəndələri olmamalıdır”, - Lavrov əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm