Dünya
"Qazprom" daha bir ölkəni QAZSIZ QOYDU
Mayın 31-də "Qazprom Export" Niderlanddakı əsas tərəfdaşı, qaz treyderi "Gasterra" ilə müqavilə əsasında Rusiya qazının tədarükünü dayandırıb.
Publika.azxəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, buna səbəb Hollandiya şirkətinin apreldə verdiyi qazın pulunu ödəməməsi və rublla ödəniş etməkdən imtina etməsidir.
Bazar ertəsi "Qazprom Export" mayın 30-da iş gününün sonuna kimi Niderlanddan qaz tədarükü üçün şirkətdən ödəniş almadığını bildirib. Bu səbəbdən Rusiya holdinqi mayın 31-dən Rusiya Federasiyası Prezidentinin fərmanı ilə müəyyən edilmiş yeni ödəniş sxemi üzrə ödəniş edilən ana qədər qazın nəqlinin dayandırılması barədə "Gasterra"ya məlumat verib.
"Gasterra" Niderlandda qazın alqı-satqısı üzrə kommersiya fəaliyyəti ilə məşğul olan aparıcı enerji şirkətlərindən biridir. Gasterra-nın səhmlərinin 50%-i dövlətə, 25%-i isə "Shell" və "ExxonMobi"l şirkətlərinə məxsusdur.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO