Dünya
Pakistanda "Taliban" GERİ ÇƏKİLDİ: növbəti bildirişə qədər...
Pakistan "Taliban"ı Əfqanıstan "Taliban" hökumətinin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Pakistan hökuməti ilə qeyri-müəyyən atəşkəs elan edib.
Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, Pakistan "Taliban"ı (TTP) Kabildəki danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini və atəşkəsin növbəti bildirişə qədər uzadıldığını bəyan edib.
Pakistan hökumət rəsmisi də danışıqların müsbət istiqamətdə getdiyini bildirib.
Vurğulanıb ki, Kabildə davam edən danışıqlar silahlılarla pakistanlı siyasətçilər və qəbilə ağsaqqallarından ibarət cirqa məclisi arasında gedir.
TTP (Təhrik-i-Taliban Pakistan) illərdir Pakistan silahlı qüvvələrinə qarşı döyüşür.
TTP Pakistanın Əfqanıstanla sərhəd bölgələrində şəriət qanunlarının öz ultra sərt şərhini tətbiq etmək istəyir. Dağlıq ərazi uzun müddət silahlıların fəaliyyət ocağı olub.
BBC-nin İslamabaddakı müxbiri Secunder Kermani bildirib ki, qrup Əfqanıstan "Taliban"ı ilə sıx, lakin qeyri-müəyyən münasibətə malikdir.
Qeyd edək ki, "Taliban" keçən il Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra TTP hücumların sayını artıraraq onlarla Pakistan əsgərini öldürüb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























