Dünya
Ərdoğan Stoltenberqlə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, danışıqların mövzusu İsveç və Finlandiyanın NATO-ya üzvlük istəyi olub.
Ərdoğan bildirib ki, Türkiyənin İsveç və Finlandiyanın üzvlük tələbləri ilə bağlı təhlükəsizlik narahatlığı ədalətli və qanuni əsaslara əsaslanır.
Prezidentin sözlərinə görə, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları qaldırdıqlarını və müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə bildirməlidirlər.
NATO-nun baş katibi Stoltenberq də mühüm müttəfiqi olan Türkiyənin gözləntilərinin nəzərə alınmasının vacibliyinə diqqət çəkib.
Qeyd edək ki, İsveç və Finlandiya PKK terror təşkilatına açıq dəstək nümayiş etdirirlər. Hər iki ölkədə terrorçulara dəstək aksiyaları keçirilir.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO