Hindistanda güclü partlayış: azı 10 nəfər öldü
Bizi izləyin

Dünya

Hindistanda güclü partlayış: azı 10 nəfər öldü

Hindistanın şimalında yerləşən Hapur şəhərində elektronika zavodunda kimyəvi maddənin partlaması nəticəsində azı 10 nəfər ölüb, 22 nəfər yaralanıb.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə paytaxt Yeni Dehlidən təxminən 60 kilometr uzaqlıqda yerləşən Dhaulana sənaye obyektində baş verib.

Polis nümayəndəsi Surendra Sinqin sözlərinə görə, zavodda hansı kimyəvi maddələrdən istifadə olunduğu araşdırılır.

Qeyd edək ki, təhlükəsizlik normalarının pozulması, həmçinin hökumət qurumları tərəfindən lazımi yoxlamaların aparılmaması səbəbindən Hindistanda bu cür istehsalat qəzaları tez-tez baş verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm