Müxalif deputatın səlahiyyətlərinə xitam verildi
Bizi izləyin

Dünya

Müxalif deputatın səlahiyyətlərinə xitam verildi

Gürcüstan parlamentinin “Vahid Milli Hərəkat” fraksiyasının deputatı Zaal Udumaşvilinin deputat səlahiyyətlərinə xitam verilib.

Publika.az xəbər verir ki, müvafiq qərar bu gün qanunverici orqanın plenar iclasında 81 səslə qəbul edilib.

Qeyd edək ki, Z.Udumaşvili siyasətə qoşulmazdan öncə telejurnalist və aparıcı kimi fəaliyyət göstərib.

O, mayın 29-da "Vahid Milli Hərəkat"dan istefa verdiyini açıqlayıb.

Udumaşvili bu qərarı partiya ilə birlikdə qərar qəbul etdiyini və yenidən mediada fəaliyyətini davam etdirəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm