Dünya
Musson yağışları Hindistan və Banqladeşi cənginə alıb - FƏLAKƏT - FOTO
Hindistan və Banqladeşdə başlayan musson yağışları həyatı iflic edib. Hindistanın Assam əyalətində güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb. Burada yaşayan 2 milyondan çox insanın evləri su altında qalıb. Banqladeşdə isə ildırım vurması nəticəsində 21 nəfər ölüb. Güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində isə daha 4 nəfər həyatını itirib.
Publika.az bunu yerli media platformalarına istinadla xəbər verir.
Asiya qitəsinin ən böyük çaylarından biri olan Brahmaputranın daşması nəticəsində Assamda 3 min kənd və əkin sahələri su altında qalıb.
Qauhatidəki hidrometerologiya mərkəzindən bildirib ki, bazar gününə qədər Assamın müxtəlif bölgələrində orta və güclü şiddətdə yağışlar gözlənilir. Ölkənin bütün əsas çaylarında suyun səviyyəsi yüksəlməkdə davam edir. Mərkəzdən verilən açıqlamada Sunamganc, Sylhet, Lalmonirhat, Kurigram, Nilphamari və Rangpur bölgələrində güclü yağışların fəsadlarının arta biləcəyi qeyd edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
