Dünya
Rusiya helikopteri bu ölkənin hava məkanını POZDU - SƏRT REAKSİYA
Rusiyaya məxsus "Mi-8" helikopteri hərbi təlimlər zamanı Estoniyaya uçub. Tallin Rusiyanın NATO sammiti ərəfəsində təxribat xarakterli addımından şoka düşüb və Rusiya səfirini məsələyə aydınlıq gətirmək üçün XİN-ə çağırıb.
Publika.az "Sky News"a istinadla xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin nümayəndəsi Kusti Salm bildirib.
Qeyd olunur ki, insident mayın 18-də axşam saatlarında Estoniya-Rusiya sərhəddində, Pskov şəhəri yaxınlığında baş verib. Ölkənin hava məkanının bir neçə dəfə pozulması halları qeydə alınıb.
"Bu, təhlükənin şəklidir. Gördüyümüz kimi, Rusiya təhlükəsi. Heç vaxt indiki qədər ciddi olmayıb", - Salm deyib.
Bu insidentlə bağlı Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirini məsələyə aydınlıq gətirmək üçün çağırıb.
Ölkənin Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Rusiya hərbi təlimlər zamanı NATO-nun üzvü olan Estoniya ərazisinə raket zərbələri endirmək üçün simulyasiya edir.
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir
-
Magazin105:15
"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik"
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq