Dünya
Avtobusda təcavüz etdi - bıçaqlandı
Türkiyədə gənc bir qız işə gedərkən gözlənilmədən cinayət iştirakçısı olub.
Anspress-in məlumatına görə, Türkiyənin Adana şəhərində 19 yaşlı Aysel adlı qız işə getmək üçün avtobusda arxa oturacaqlardan birində əyləşib. Elə hadisənin yaranma səbəbi də bundan sonra baş verib. Belə ki, qızdan arxa oturacaqda əyləşən 27 yaşlı Hüseyn adlı şəxs qıza toxunmağa, seksual xarakterli hərəkətlər etməyə başlayıb.
Qız isə bundan narahat olaraq, avtobusda səs-küy salaraq, həmin
şəxsi biabır edib. Mübahisənin böyüdüyünü görən avtobus sürücüsü
onların ikisini də yolda düşürməli olub. Aysel avtobusdan düşdükdən
sonra çantasından çıxardığı bıçağı mübahisə zamanı Hüseynin köksünə
sancıb.
Hadisənin baş verməsindən sonra ərazi üzrə polis bölməsinin
əməkdaşları hadisə yerinə gələrək Ayseli bölməyə aparıblar. Faktla
bağlı istintaq işi davam edir.
Ağır yaralı olan Hüseyn isə təcili yardım vasitəsilə Adana Dövlət
Xəstəxanasına çatdırılıb.
-
Region09:48
Ermənistan ordusunda xaos: Hazırda neçə əsgər intihar haqda düşünür?
-
Magazin109:12
Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş - FOTO
-
Sosial08:00
Laçın bir ailəlik kəndi kimsəsiz qoyacaq - VİDEO
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Səhiyyə06:46
Süni intellekt can həkimimiz ola bilər
-
Magazin206:26
Hollivudun ukraynalı gözəli yeni filmini təqdim etdi - FOTO
-
Region05:45
Türkiyəli məşhur aşpaz Nüsret necə milyonçu oldu? - VİDEO
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ