Meksikada təyyarə qəzası: ölənlər var
Bizi izləyin

Dünya

Meksikada təyyarə qəzası: ölənlər var

Meksikanın Queretaro hava limanından havaya qalxan “Piper PA-31” şəxsi təyyarəsi qəzaya uğrayıb.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.

Hadisə ilə bağlı məlumatı Queretaro hava limanının mətbuat xidməti təsdiqləyib. Onlar dəqiqləşdiriblər ki, hava limanının işi adi qaydada aparılır və təyyarə Qaleras kəndi yaxınlığında qəzaya uğrayıb.

"Aerodromumuzdan havaya qalxan Piper PA31 özəl təyyarəsi Qaleras kəndi (Kolon bələdiyyəsi) yaxınlığında qəzaya uğrayıb. Hadisənin təfərrüatları Federal Aviasiya Administrasiyası tərəfindən veriləcək. İşimiz həmişəki kimi davam edir", - Queretaro nümayəndələri bildiriblər.

Təyyarə hava limanının uçuş-enmə zolağından 800 metr aralıda yerə düşüb. "Piper PA-31"in düşdüyü yer hərbçilər tərəfindən mühasirəyə alınıb. Faktla bağlı araşdırma aparılır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm