Dünya
Rusiyaya qarşı olan NATO sammitinə Özbəkistan da qatılır
Sentyabrın 4-5-də Uelsdə keçiriləcək NATO sammitinə Özbəkistan hökuməti də təmsil olunmağa razılıq verib.
Publika.az-ın məlumatına görə, sözügedən sammitdə Özbəkistanı bu ölkənin xarici işlər naziri Abdulaziz Komilovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
NATO-nun baş katibi Anders Foq Rasmussenin rəsmi dəvəti ilə Uelsə səfər edəcək Özbəkistanın xarici işlər naziri A.Komilov ölkəsini yaxından maraqlandıran Əfqanıstan ilə bağlı məsələnin müzakirəsinə qoşulacaq.
Bundan əlavə, NATO zirvə toplantısında Suriya, Ukrayna və İraqda baş verən son hadisələrlə bağlı məsələ də müzakirə olunacaq.
Sammitdə Rusiyanın Ukraynadakı hərəkətlərinə NATO-nun necə cavab verə biləcəyi müzakirə olunacaq.
Xatırladaq ki, NATO-nun Baş katibi Anders Foq Rasmussen bildirib ki, Şərqi Avropada çevik hərbi qüvvənin yaradılmasının təsdiq edilməsi məsələsi alyansın liderlərindən xahiş olunacaq:
“Bu qüvvə üzv ölkələrə özlərini qorumağa kömək etməlidir. Qüvvə bir neçə min hərbçidən ibarət olacaq. Ona NATO üzvü olan 28 ölkə rotasiya üsulu ilə hərbçi verəcək.
NATO 1997-ci ildə Rusiya ilə əldə olunan sazişi pozmaycaq. Həmin saziş NATO-nun Şərqi Avropada mövcudluğuna məhdudiyyət qoyur”.
Vasif Həsənli
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!