Donbasda Ukrayna pasportları dəyişdirilir
Bizi izləyin

Dünya

Donbasda Ukrayna pasportları dəyişdirilir

Ukraynanın şərqində yaradılan “Donetsk Xal Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“DXR”) separatçı qurumları yerli əhalini “DXR" və "LXR” pasportlarını almağa çağırır.

Publika.az-ın unian.net saytına istyinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin sözçüsü Andrey Lısenko bildirib.

“Terrorçu qurumların rəhbərliyi yerli əhalini Ukrayna dövlətinin pasportunu “Donetsk Xal Respublikası” və “Luqansk Xalq Respublikası” pasportları ilə dəyişdirməyə çağırırlar”, - Lısenko dedi.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyev isə dünən Rusiyanın Donetsk və Luqansk vilayətlərində rus pasportlarını kütləvi şəkildə paylamağa başladığını bildirib. “Bu, Rusiya hakimiyyətinə “öz vətəndaşlarını müdafiə” adı altında Ukraynaya müdaxilə etməyə imkan verəcək”, - ukraynalı diplomat deyib

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm