Dünya
Rusiya qoşunlarının 70 faizi Ukraynanı tərk edib
Ukrayna prezidenti Petro Poroşenko Rusiya qoşunlarının
əksər hissəsinin Ukrayna ərazisindən çıxarıldığını
deyib.
ANS PRESS-in məlumatına görə, Poroşenko hökumət iclasında deyib ki,
"Bizim Baş Kəşfiyyat İdarəsinin son məlumatı: Rusiya Federasiyası
qoşunlarının 70 faizi (Rusiya-Ukrayna) sərhədin qarşı tərəfinə
çəkilib”.
Ukrayna liderinə əsasən bu, sülh təşəbbüslərinin yaxşı perspektivə
malik olduğunu göstərir.
Avqustun sonunda Petro Poroşenko ölkənin şərqindəki döyüşlərdə
Rusiya qoşunlarının iştirak etdiyini deyib.
Moskva üsyançılara hərbi dəstək verdiyi barədə Kiyev və Qərbdə
səslənən ittihamları rədd edir.
Hökumət iclasında çıxış edən Petro Poroşenko deyib ki, Minskdə əldə
olunmuş Klikləyinatəşkəs barədə razılaşmalar nə federallaşma nə də
ki, şərqdəki ərazilərin ayrılmasını nəzərdə tutmur.
O, gələn həftə Donetsk və Luhansk əyalətlərinin xüsusi statusunu
müəyyən edən qanun layihəsinin parlament müzakirələrinə
çıxarılacağını deyib.
"Minsk protokolu, silahlıların müvəqqəti nəzarətində olan ərazilər
də daxil olmaqla, Donbas boyu Ukrayna suverenliyinin bərpası və
qorunmasını nəzərdə tutur. Bu ərazilərdə Ukraynanın qanuni məkanına
qayıdacaq”, Poroşenko deyib.
Bu arada Donetsk və Luhansk liderləri müstəqilliyin tanınması
tələbində qərarlı qaldıqlarını deyirlər.
"Ukraynada hər hansı qanunun qəbul olunmasının DNR-ə heç bir
şəkildə dəxli yoxdur və bu, Ukraynanın daxili işlərinə aid bir
məsələdir”, - Ukrayna ilə yaxşı qonşuluq əlaqələrinin qurulmasına
ümid etdiyini deyən tanınmamış “Donetsk Xalq Respublikasının” baş
naziri Andrey Purqin RİA Novosti agentliyinə bildirib.
Ukrayna hökumətinin iclasında çıxış edən Petro Poroşenko atəşkəs
razılaşmasının imzalanmasını insanların həyatlaını qorumaq istəyilə
izah edib. Onun sözlərinə görə Ukrayna qüvvələri hər gün onlarla
döyüşçü itirirdi.
Ukrayna prezidenti hazırda qoşunların "hücum üçün yox, müdafiə
məqsədilə" yenidən qruplaşmasının həyata keçirildiyini
bildirib.
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO