Yoxa çıxan təyyarəni yadplanetlilər oğurlayıb?
Bizi izləyin

Dünya

Yoxa çıxan təyyarəni yadplanetlilər oğurlayıb?

Yoxa çıxan Malayziyaya məxsus hava layneri barədə daha bir iddia yayılıb.

Məlum olduğu kimi, bu təyyarə yoxa çıxan gündən dünyanın çoxsaylı media quruluşları onunla bağlı minlərlə xəbər yayıblar.

ANS PRESS-in məlumatına görə, bu il martın 8-də yoxa çıxan həmin təyyarənin başqa planetlilər tərəfindən oğurlanması ilə bağlı yeni iddialar yayılıb.

Artıq 6 aydır bir izinə rast gəlinməyən müəmmalı təyyarənin yadplanetlilər tərəfindən qaçırıldığı bildirilir. “Galactik Connection” adlı internet saytında yadplanetlilərlə müsahibə hazırladığını iddia edən şəxs itmiş təyyarənin onlar tərəfindən qaçırıldığını vurğulayıb.

“Təyyarəni boş yerə axtarmayın. Ortada heç bir qəza hadisəsi yoxdur. Təyyarəni qaçıran bizik.” – deyə müsahibədə yadplanetlilərin dilindən verilən açıqlamada yazılıb.

Təyyarədə olanların təhlükəsiz bir şəkildə yaşadıqları və dünya ilə müzakirəyə gəlmək ehtimalının olduğu da iddialar arasındadır. Yadplanetlilərin insanlara zərər vermək istəmədiyi, sadəcə xüsusi bir ismarış göndərmək istədikləri bildirilir.

Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq limandan səmaya qalxaraq “MH370” reysi ilə Pekinə uçub. Lakin uçuşun 2-ci saatında təyyarə radarlardan itib. Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm