Dünya
Rus əsgəri türk çəkməsi geyinəcək
Türk çəkmə istehsalçısı Yakupoğlu Dəri Sənaye (YDS) Birliyinin İdarə Heyətinin rəhbəri Vedat Yakupoğlu dünyanın ən böyük əsgəri çəkmə tenderini qazandıqlarını söyləyib. Publika.az-ın “TRT Haber”ə istinadən məlumatına görə, tenderin nəticələrinə əsasən, bundan sonra rus əsgərlərinin geyəcəyi yeni tipli əsgəri çəkmələr müvafiq türk şirkəti tərəfindən istehsal ediləcək.
Yakupoğlunun sözlərinə görə, bu çəkmələr həm mənfi 40 dərəcə şaxtaya davamlı, həm də su keçirməz olacaq: “Təxminən, 100 milyon dollarlıq bir işdir. Bu sahədə dünyanın ən böyük tenderini qazandıq ".
Görüləcək işin texniki olaraq keyfiyyətli olması lazım olduğuna diqqəti çəkən Yakupoğlu vurğulayıb ki, belə bir tenderdə qalib olmaq gerçəkdən qürurvericidir: "Ölkəmiz adına bundan qürur duyuram. Bu sektorda ixracatda birinci sıraya yüksəldik. Amma bunun davamlılığı əhəmiyyətlidir”. Dünya bazarında rəqabətçi olmaq və yaxşı əlaqələr qurmamız lazımdır".
Yakupoğlu Azərbaycandan da sifariş aldıqlarını və buna bağlı müqaviləni imzaladıqlarını bildirib. Firma, məhsullarını başda İngiltərə olmaq üzrə Fransa, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Belçika, Hollandiya, Lüksemburq, Danimarka kimi Avropa ölkələri ilə yanaşı, Müstəqil Dövlətlər Birliyi, Orta şərq və Körfəz ölkələrinə ixrac edir.
Nail Cəlil
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI