Dünya
Dubayda 2,7 milyardlıq layihə
“Dubay parkları və kurortları” adlandırılan layihə BƏƏ
baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum
tərəfindən dəstəklənib. Tikinti şirkəti layihənin həyata
keçirilməsinə artıq 2,7 milyard dollar yatırıb. Bu əyləncə növü
2020-ci ilədək Dubaya səfər edənlərin sayını 20 milyonadək
artırmağa kömək edəcək.
Publika.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyinin “Meraas Holding” tikinti şirkəti Cəbəl-Əli azad ticarət zonasında üç əyləncə parkının inşası üzrə planını açıqlayıb.
“Motiongate Dubai” parkında insanların özlərini “Hollywood” kinohitlərinin personajları kimi hiss etmələri üçün yeni nəsil attraksionlardan istifadə ediləcək. “Bollywood Parks Dubai” dünyanın Hindistan kino sənayesinə həsr edilən ilk, “Legoland” kompleksi isə Yaxın Şərqdə birinci və dünyada yeddinci layihə olacaq.
2014-cü ilin fevralında start verilən layihənin ilkin mərhələsinin 2016-cı ildə başa çatdırılması planlaşdırılır. “Meraas Holding” şirkəti artıq “Motiongate Dubai” və “Bollywood Parks Dubai” tematik parklarında filmlərin səhnələrini yaratmaq üçün ABŞ-ın “Hollywood” və Hindistan kinostudiyaları ilə saziş imzalayıb. Parklar və “Legoland Dubai” kompleksi arasında “Lapita” ailəvi tematik hoteli inşa olunacaq.
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO