Merkel: "Dini, milli, irqi ayrı-seçkiliyə qarşıyıq"
Bizi izləyin

Dünya

Merkel: "Dini, milli, irqi ayrı-seçkiliyə qarşıyıq"

Almaniyanın kansleri Angela Merkel bu gün Berlində yerli yəhudi diasporasının təşkil etdiyi tədbirə qatılaraq, bir sıra maraqlı açıqlamaları ilə diqqəti çəkib. Kansler Almaniyada hər hansı milli, dini, irqi ayrı seçkiliyə qarşı olduğunu, hər bir vətəndaşın hisslərinə, inancına hörmətlə yanaşdığını vurğulayıb.

Publika.az-ın “TRT Haber”ə istinadən məlumatına görə, A.Merkelin bildirib ki, Almaniyada istənilən şiddətə, zorakılığa qarşı ciddi mübarizə aparılır:"İstər yəhudi, istər müsəlman, istərsə xristian olsun, fərq etməz. Hər birinin inancına, mədəniyyətinə hörmətlə, ehtiramla yanaışırıq. Barış, anlaşma içində bir ortaq həyat istəyirik".

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm