“The Washington Times”: “ABŞ uzun illər Əfqanıstandan çıxa bilməyəcək”
Bizi izləyin

Dünya

“The Washington Times”: “ABŞ uzun illər Əfqanıstandan çıxa bilməyəcək”

”Amerika qoşunları Əfqanıstanı tərk edəcək. Amma daha illər bu ölkənin yükü Bİrləşmiş Ştatların çiyinlərində qalacaq”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlərABŞ-ın Əfqanıstandan çıxandan sonra da bu ölkədə xərcləyəcəyi vəsaitə toxunan “The Washington Times” nəşri yazıb.

2001-ci il 11 sentyabr terror hücumlarının 13-cü ildönümündə prezident Barak Obamanın üç ay ərzində ABŞ-ın Əfqanıstandakı hərbi missiyanın başa çatacağını söylədiyini xatırladan qəzet hesab edir ki, Vaşinqton Əfqanıstanın yenidən qurulması üçün milyardlarla dollar xərcləməkdə davam edəcək. Əfqanıstanın yenidən qurulması üzrə xüsusi baş inspektor Con Sopkonun sözlərinə görə, ABŞ təhlükəsizliyin təmin olunması, infrastruktur, iqtisadiyyat, səhiyyə, təhsil və əfqan güclərini bərpası üçün 104 milyard xdollar xərcləyib.

ABŞ Konqresi Əfqanıstanın dövlət institutlarının yenidən qurulması üçün əlavə olaraq 16 milyard dollar ayırıb. C.Sopko hesab edir ki, ABŞ hələ bundan sonra da Əfqanıstan üçün hər il 5-8 milyard dollar xərcləyəcək.

“Əfqanıstan hökuməti 7,6 milyard dollarlıq illik büdcəyə malikdirə Onun gəlir hissəsi hissəsi maksimum 2 milyard dollara çatır. Yalnız əfqan milli güclərinin saxlanılmasına üçün məhz bu qədər vəsait lazımdır. ABŞ və başqa beynəlxalq donorlar Əfqanıstan büdcəsinin 60 faizindən çoxunu formalaşdırır. Qoşunların çıxarılmasından sonra isə bütün bu xərclər əfqan hakimiyyətinin üzərinə atılacaq”, - “The Washington Times” C.Sopkodan sitat gətirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm