Dünya
NATO hərbçiləri Ukrayna sərhədlərində
Ukrayna silahlı qüvvələri NATO hərbi qruplaşmalarının iştirakı ilə növbəti hərbi təlimlərə başlayıblar. Ölkənin qərb sərhədləri hüdudlarında keçirilən təlimlərdə 15 NATO və qeyri-NATO ölkələrindən 1000-dən çox hərbçi iştirak edir.
Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, hərbi təlimlər
Lvov şəhərində Polşa ilə sərhəd bölgələrdə keçirilir. Qarışıq döyüş
taktikasının tətbiqi ilə gerçəkləşdirilən təlimlər 10 gün -
sentyabr ayının 26-na qədər davam edəcək. Xatırladaq ki, bir müddət
əvvəl keçirilməsi planlaşdırılar müvafiq təlimlər Ukraynada cərəyan
edən döyüşlərlə əlaqədar təxirə salınmışdı.
Ukraynanın baş naziri Arseni Yatsenyuk isə bir qədər əvvəl
Ukraynanın NATO-ya üzvlük məsələsini Ali Radada müzakirəyə
çıxarmışdı. Yatsenyuk ölkənin NATO-ya üzv olması üçün lazımi
tədbirlərin görülməsinə çalışacağını vurğulamışdı.
Ukraynanın ordu polkovniki Oleksandr Sivak hərbi təlimlər zamanı, əsasən, qarışıq döyüş taktikalarının aspektlərinə diqqət yetirəcəklərini bildirib. O qeyd edib ki, təlimlərdə hazırlıq keçən hərbçilərin təcrübəsindən Donbass regionunda terorçulara qarşı aparılan əməliyyatlarda, döyüş hazırlığının artırılmasında istifadə olunacaq.
-
İKT09:00
Bill Qeytsin "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO