Dünya
Peru prezidenti polis tərəfindən SAXLANILDI - VİDEO

Peru polisi ölkə parlamenti tərəfindən prezidentlikdən uzaqlaşdırılan Pedro Kastilonu həbs edib.
Publika.az xəbər verir ki, bu barə "El Tiempo" məlumat yayıb.
"Perunun Milli Polisi haqqında qanunda nəzərdə tutulmuş vəzifələrimizi yerinə yetirmək üçün əməkdaşlarımız Perunun keçmiş prezidenti Pedro Kastilonu saxlayıblar", - deyə məlumatda bildirilir.
Bundan əvvəl Peru parlamenti prezident Pedro Kastilonun impiçmentini elan edib.
İmpiçmentin baş tutması üçün parlament üzvlərinin üçdə ikisi, yəni 87 nəfər ona səs verməlidir.
Bir müddət öncə, Peru prezidenti Pedro Kastilyo parlamentin buraxıldığını elan edib və ölkədə fövqəladə vəziyyət elan edib. O, bu barədə öz "Facebook" səhifəsində məlumat verib.
O qeyd edib ki, doqquz aydan gec olmayaraq yeni konstitusiya layihəsinin hazırlanması üçün konstitusion hüquqlara malik yeni Konqresə seçkilər mümkün qədər tez təyin ediləcək. Ölkədə komendant saatı da elan edilib.
Hüseyn İbadlı

-
Magazin100:45
Azərbaycanın məşhur cütlüyü evlənir
-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO
-
Kriminal5 Fevral 20:31
Gədəbəydə DƏHŞƏT: ata iki oğlunu bıçaqladı
-
Magazin25 Fevral 19:31
Evli qadınlar arasında ən gözəli o oldu - FOTO