Dünya
Rasmussen: "NATO parçalana bilər"
Belçikanın paytaxtı Brüsseldə Karnegi Avropa düşəncə dərnəyinin iclasında çıxışı zamanı NATO-nun baş katibi Anders Foq Rasmussen NATO təşkilatının da hazırkı siyasi proseslərə münasibətdə bir bölünmə təhlükəsi ilə qarşı-qarşıya olduğunu bildirib.
Publika.az-ın məlumatına görə, NATO-nun baş katibi Rusiyanın
Ukraynaya qarşı törətdiyi təhlükəni İŞİD-in İraqda törətdiyi
təhlükə ilə müqayisə edib.
“Təşkilatın özü tolerantlıq və fanatizm, demokratiya və
totalitarizm arasında bir geosiyasi bölünmənin astanasındadır.
Müttəfiq ölkələrin təhlükəsizliyini risk qarşısında qoyan yeni
məsələlər uzun illər boyu davam edə bilər. Azadlıq üçün bir güc
mənbəyi olaraq, güclü mövqe nümayiş etdirməliyik” - deyə, Rasmussen
vurğulayıb.
Ramusssen İŞİD-ə qarşı hərbi güc tədbiq edilməsinə tərəfdar
olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ərəb dünyasına
qarşı təhlükə olan İŞİD, bir müddət sonra Qərb ölkələrinə qarşı da
ciddi təhlükə mənbəyinə çevrilə bilər. Rusiya məsələsinə də toxunan
Rasmussen əlavə edib ki, Vladimir Putinin hakimiyyəti altında
Rusiya “soyuq müharibə” dövründən bəri Avropada sülhün təminatçısı
olan bütün qanunları və öhdəlikləri pozub.
Rasmussen Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsini də bu
qəbildən tahlükə sayıb.
-
Magazin119:12
Pərvinin rejissorla elə görüntüləri yayıldı ki... - VİDEO
-
İdman18:53
Rafael Ağayev Ginnesin Rekordlar kitabına düşdü
-
Nida Xəbər 18:10
Müdafiə naziri idarə rəisini İŞDƏN ÇIXARDI
-
Dünya17:43
Rusiyanın Zelenskiyə cavabı gecikmədi: Vladimir getdikcə...
-
Səhiyyə17:05
Doğum səviyyəsinin aşağıdüşmə səbəbi bəlli oldu: Çünki qadınlar...
-
Rəsmi xronika16:15
Prezident və xanımı Zəngilanda açılışda iştirak etdi - Yeniləndi
-
Sosial16:05
Bu ərazilərimizə qar yağdı - FAKTİKİ HAVA
-
Sosial15:33
Ramiz Tahirovun yerinə təyin olunan komandan kimdir?