Cənubi Qafqaz
Zurabişvili xarici agentlər haqqında qanuna VETO QOYDU
Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə veto qoyduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Mən “Rusiya” qanununa veto qoydum", - Zurabişvili brifinqdə deyib.
Mayın 14-də Gürcüstan parlamenti yerli cəmiyyətdə mübahisə doğuran xarici agentlər haqqında qanunu üçüncü oxunuşda qəbul edib. Müzakirə hakim “Gürcü Arzusu” partiyasının deputatları ilə müxalifət arasında etirazlar və davalar fonunda baş tutub. Nəticədə 84 deputat lehinə, 30 deputat əleyhinə səs verib.
Bundan sonra Gürcüstan parlamenti qırmızı həyəcan səviyyəsi elan edib. Azadlıq meydanında xüsusi təyinatlılar və su şırnaqları düzülüb, deputatlar polisin mühafizəsi altında binanı tərk ediblər.
Qəbul edilmiş qanuna əsasən, gəlirlərinin 20%-dən çoxu xaricdən gələn bütün qeyri-kommersiya hüquqi şəxsləri və kütləvi informasiya vasitələri xüsusi dövlət reyestrində qeydiyyatdan keçməlidirlər. Bundan əlavə, belə QHT və KİV-lərdən hər il Gürcüstan Maliyyə Nazirliyinə gəlir və xərclər haqqında deklarasiya təqdim etmələri tələb olunacaq.
Hüseyn İbadlı
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı






































