Dünya
Kreml Ukraynanın nüvə silahı təhdidinə cavab verdi
“Nüvə Silahının Yayılmaması barədə Müqavilənin dövlət-iştirakçısı kimi Ukraynanın nüvəsiz statusuna yenidən baxıla bilməz”.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna müdafiə naziri Valeri Qeleteyin bəyanatını şərh edərkən deyib.
Xatırladaq ki, Ukrayna müdafiə naziri ölkəsinin nüvə statusunun
bərpası haqqında 14 sentyabrda bəyanat verib. Onun sözlərinə görə,
indiki silahlı münaqişədə Qərbin dəstəyini ala bilməsələr, Ukrayna
nüvə silahına malik ölkə statusumuzu bərpa etməli olacaq. O qeyd
edib ki, Ukraynanın şərqinin terrorçulardan təmizlənməsi əməliyyatı
artıq başa çatıb və indi Kiyev Rusiyadan müdafiə sistemini
qurmalıdır.
Rusiya xarici işlər nazirinin müavini Ukraynanın indiki nüvəsiz statusuna yenidən baxılması haqqında istənilən danışıqların Moskva üçün qəbuledilməz olduğunu bildirib.
Qeyd edək ki, Ukrayna sabiq SSRİ-dən qalmış nüvə silahından
Sovetlər Birliyi dağılandan sonra imtina edib.
1994-cü ildə Budapeştdə imzalanmış bəyannaməyə uyğun olaraq Ukrayna
bunun müqabilində ABŞ, Rusiya və Britaniyadan təhlükəsizlik
təminatı alıb.
Ukrayna bundan sonra Nüvə Silahının Yayılmaması barədə Müqaviləyə qoşulub.
Ömər Dağlı
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ