Dünya
Bu ölkə Ukraynaya 10 körpü bağışladı
Norveç hərbi əməliyyatlar nəticəsində infrastrukturun dağıldığı bölgələrdə normal kommunikasiyaların bərpasına kömək etmək üçün Ukraynaya on körpü bağışlayacaq.
Publika.az xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Anniken Guitfeldt bildirib.
Körpülərin ümumi dəyəri 30 milyon NOK (təxminən 3 milyon dollar) təşkil edir və Xarici İşlər Nazirliyinin humanitar büdcəsindən maliyyələşdiriləcək.
"Rusiya-Ukrayna müharibəsi infrastrukturun mühüm komponentlərini məhv edib. Ukrayna ərzaq, su, dərman təminatı və yaralıların xəstəxanalara çatdırılmasını təmin etmək üçün normal yol hərəkətindən tamamilə asılıdır", - nazir bildirib.
Struktur elementləri Ukraynaya 32 qoşqu ilə daşınacaq, onlardan birincisi artıq çərşənbə axşamı yola düşüb.
"Ukraynadakı müharibə uzun müddət davam edə bilər və biz bu müddətə yardım göstərməyə hazırıq. Yaxın gələcəkdə hökumət artıq verdiyimiz təxminən 14 milyard kron yardımdan əlavə, yeni yardımlarımızı açıqlayacaq”, - Anniken Guitfeldt bildirib.
Xatırladaq ki, dekabrın əvvəlində Fransa Ukraynaya üç körpü keçidi üçün konstruksiyalar təqdim etmişdi, onların hərbi əməliyyatlar zamanı dağılmış körpülərin əvəzinə Çerniqov vilayətində istifadə edilməsi planlaşdırılırdı.
Aydan
-
Sosial01:21
Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin18 Oktyabr 21:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq8 Oktyabr 21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin18 Oktyabr 21:00
Zümrüd ayda bu qədər QAZANIR