Dünya
Bu addımınız məni gücləndirir - Tramp

ABŞ-ın sabiq prezidenti Donald Tramb deyib ki, Konqresin Nümayəndələr Palatasının Kapitoliyə hücuma görə mühakimə qərarı verməsi onu da “daha güclü” edir.
Publika.az xəbər verir ki, Tramp özünün “Truth Social” sosial platformasında bu sözləri deyib: “Bu insanlar başa düşmürlər ki, məni təqib edəndə azadlığı sevən insanlar ətrafımda birləşirlər. Sizin bu addımınız məni gücləndirir. Məni öldürməyən hər şey məni daha da gücləndirir”.
O, impiçment prosesində artıq bəraət aldığını vurğulayaraq, bütün ittihamları yalan adlandırıb. 2024-cü ildə prezident seçilmək üçün növbəti dəfə cəhd edəcəyini açıqlayan Tramp, istintaqı onun kampaniyasına zərbə vurmaq cəhdi kimi qiymətləndirib.
“İnsanlar başa düşürlər ki, Demokratik Təhqiqatlar Bürosu, mənim prezidentliyə namizədliyimi əngəlləməyə çalışır, çünki onlar mənim qalib gələcəyimi bilirlər” - Tramp bildirib.
Aydan

-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO
-
ABŞ02:42
Tramp 11-ci dəfə BABA OLDU
-
Magazin202:12
“Avroviziya”nın bütün finalçıları məlum oldu - YENİLƏNDİ
-
İdman01:11
“Traktor”dan SON NÖQTƏ - Yenə zəfər çalıb kuboku qazandı
-
Sosial00:45
Paytaxtın köçürülməsi müzakirə olunur: sağlamlığımız təhlükə altındadır? - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bu dəyişiklik səni çaşdıra bilər