Dünya
80 il əvvəl basdırılmış xəzinənin xəritəsi tapıldı

Hollandiya Milli Arxivinin paylaşdığı xəritə bu yaxınlarda ölkəni həyəcanlandırıb. Təxminən 80 il əvvəl faşist əsgərləri tərəfindən basdırılmış dörd qiymətli sandığın yerini göstərən xəritəni görən hər kəs həmin əraziyə qaçıb.
Publika.az xəbər verir ki, Hollandiyanın faşist işğalından azad edilməsinə cəmi bir neçə gün qalmış, alman ordusunun beş əsgəri kəndin kənarındakı meşəlik ərazidə qızıl, qiymətli daşlar və saatlar olan dörd döyüş sursatı sandığı basdırıblar.
Əsgərlər sözün əsl mənasında bu qiymətli parçaları küçədən taıblar. Lakin qəniməti basdırarkən əsgərlərin bilmədiyi vacib bir şey var idi. Alman ordusunun əsgəri Helmut Sonder onlara çox yaxın idi.
Yaralandığı üçün kolun dibində hərəkətsiz uzanan Sonder, onların qənimətləri hara basdırdıqlarını görüb. Daha sonra çəkdiyi çox detallı xəritə ilə gördüklərini əbədiləşdirib.
Sonderin bundan sonra başına nə iş gəldiyi məlum deyil. Lakin onun çəkdiyi xəritə hazırda Haaqadakı Hollandiya Milli Arxivində saxlanılır.
Qurumun yanvarın əvvəlində hər il təşkil etdiyi “təbliğ günü” çərçivəsində məxfilik müddəti bitmiş minlərlə sənəd ictimaiyyətlə paylaşılıb. Sonderin xəritəsi də həmin sənədlər arasında olub.
Əsgərlərin sandıqları basdırdığı güman edilən meşəlik ərazi hazırda 751 əhalisi olan Ommeren kəndinin sərhədləri daxilindədir. Xəritə Hollandiya mətbuatının gündəminə çevriləndə bütün gözlər bu kiçik kəndə çevrilib.
Aydan

-
Region23 Mart 21:17
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq - Nikol Paşinyan
-
Nida Xəbər 23 Mart 20:41
Leyla Əliyevadan Ramazan ayı ilə bağlı paylaşım - FOTO
-
MDB23 Mart 19:41
Medvedev nüvə ilə hədələdi: Putin həbs olunsa...
-
Pul23 Mart 19:09
Dolları nə gözləyir? - EKSPERT RƏYİ
-
Avropa23 Mart 18:53
"Budapeşt Putini həbs edə bilməyəcək" - Aparat rəhbəri
-
Qadın23 Mart 18:18
Bu, qadınlarda sonsuzluq riskini 40% artırır
-
MDB23 Mart 18:08
Putin yeni sərəncam imzaladı
-
Magazin223 Mart 17:39
Oqtay Əliyevin atası: “Belimizi qırdı, evimizi yıxdı” - VİDEO