Dünya
Belarusun "Polşanı cəzalandırın" tələbinə belə cavab gəldi
Belarus Liberal Demokrat Partiyası (LDPB) Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək Polşa hakimiyyətinin "Belarusa qarşı təcavüz aktı hazırladığına" görə məsuliyyətə cəlb olunmasını tələb edib.
Publika.az xəbər verir ki, LDPB məhkəməyə verdiyi bəyanatda Polşanı "qonşu dövlət üzərində nəzarəti bərqərar etmək və silahlı qüvvələrdən istifadə etməklə Belarusun konstitusiya quruluşunu dəyişdirmək" məqsədi daşıyan silahlı qruplaşmalar yaratmaqda ittiham edib.
Müraciətdə, həmçinin qeyd olunur ki, “Polşa ərazisində döyüş hazırlığı mərkəzlərinin yerləşdiyi dəqiq məlumdur, burada təkcə polşalılar deyil, həm də amerikalı hərbi təlimatçılar, habelə NATO-nun Şimali Atlantika Alyansının digər ölkələrindən olan mütəxəssislər çalışır". LDPB hesab edir ki, bu, Polşa tərəfindən "təcavüz aktıdır".
Yanvarın 31-də Beynəlxalq Cinayət Məhkəməsi Minskin ittihamlarının “məhkəmənin yurisdiksiyasından kənara çıxdığını” və əlavə təhlil üçün heç bir əsasın olmadığını bildirib.
"Beynəlxalq Cinayət Məhkəməsi ona çox spesifik və diqqətlə müəyyən edilmiş yurisdiksiya və mandat verən Roma Statutunu rəhbər tutur. Roma Statutunun əsas xüsusiyyəti odur ki, məhkəmə şəxslər üzərində yurisdiksiyanı yalnız ən ciddi işlərdə həyata keçirə bilər: ümumən beynəlxalq ictimaiyyəti narahat edən cinayətlər. Yəni soyqırımı, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri. Hazırda mövcud olan məlumatlara əsasən, sizin ünsiyyətinizdə təsvir olunan davranış bu sərt təriflərə aid edilmir"- cavabda deyilir.
LDPB sədri Oleq Qaydukeviç bildirib ki, bu cavab heç kəsi təəccübləndirmədi.
Aydan
-
Rəsmi xronika11:33
İlham Əliyev Aleksandr Vlaskampı qəbul etdi - FOTO
-
Hadisə11:14
Güclü yağış nəticəsində Bakıda ev uçdu: Bir nəfər... - VİDEO
-
Sosial10:48
Torpağını saxta sənədlə satdılar, məhkəməni uddu - Tovuz Ərazi İdarəsi qətnaməni niyə icra etmir? - FOTOFAKT
-
Magazin110:36
Aparıcı İlkin Həsəni bu videonu paylaşmaqla qanunları pozub?
-
Sosial10:04
Bakıda sərnişin avtobusu suyun içində qaldı - Sərnişinlər... - VİDEO
-
MDB09:06
Rusiyada bu zavoda PUA düşdü - YANIR
-
Sağlamlıq08:48
Antibiotiklərlərlə bağlı TƏHLÜKƏ: 40 milyon adam ölə bilər
-
Elm və təhsil08:42
Bu universitetlərdə yağış tavandan içəri axdı - VİDEO