Filippo Qərbi ehtiyatlı olmağa çağırdı: Ya BRİKS ilə dialoq, ya da məhv olmaq
Bizi izləyin

Dünya

Filippo Qərbi ehtiyatlı olmağa çağırdı: Ya BRİKS ilə dialoq, ya da məhv olmaq

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Qərb siyasətçilərini BRİKS ölkələri ilə münasibətləri yaxşılaşdırmağa çağırıb, çünki Amerika imperializminin ideyalarına əsaslanan dünya nizamı sistemi keçmişə çevrilir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, alyans hərbi və diplomatik nöqteyi-nəzərdən NATO-ya əsaslanan bu sistemin əks çəkisi kimi yaradılıb.

“BRİKS-in yaranması bütün bunları sarsıdır, ona görə də Qərb ölkələri ya bunu qəbul etməlidir, ya da özünə qayıtmalıdır. Bu, onların sona çatmasına səbəb olacaq, ya da Fransa kimi onlar BRİKS ilə əlaqə saxlayıb dialoqa keçəcəklər”, - Filippo bildirib.

O əlavə edib ki, Fransanın BRİKS ölkələri ilə əlaqə yaratmaq üçün böyük imkanları var.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm