Britaniya kralını bu ölkədə aşağıladılar: Torpaqları qaytar
Bizi izləyin

Dünya

Britaniya kralını bu ölkədə aşağıladılar: Torpaqları qaytar

Avstraliyalı senator Viktoriya Lidiya Torp bu ölkəyə səfəri zamanı Britaniya kralı III Çarlzı kəskin tənqid edib.

Publika.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Qadın siyasətçi Avstraliya parlamentindəki çıxışından sonra Britaniya monarxına səsini ucaldıb və ona etiraz edib.

Xüsusilə, o, Britaniyanın Avstraliya xalqının soyqırımına icazə verdiyini bildirib və monarxı torpaqları geri qaytarmağa çağırıb.

Lidiya Torp Avstraliyanın yerli xalqlarının maraqlarını müdafiə edir və müvafiq bəyannamə imzalamağı təklif edərək Britaniyanın müstəmləkə təsirinə son qoymağa çağırıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm